10 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatların investisiya qiymətli kağızlarının emissiyası qaydası təsdiqlənəcək

Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların investisiya qiymətli kağızlarının emissiyası, kütləvi təklifi və tədavülü qaydası müəyyənləşəcək.

Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 947-VIQD nömrəli Qanununun tətbiqi haqqında” fərmanda əksini tapıb.

Fərmana əsasən, Mərkəzi Banka Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların investisiya qiymətli kağızlarının emissiyası, kütləvi təklifi və tədavülü qaydasını altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tövsiyə olunub.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər