Azərbaycanın valyuta ehtiyatları bu il oktyabrın 1-nə $51 milyard 260.2 milyon təşkil edib.
Banker.az bu barədə Dövlət Neft Fondunun və Azərbaycan Mərkəzi Bankının açıqlamasına istinadən xəbər verir.
Valyuta ehtiyatlarının $44 milyard 226.4 milyon dolları Dövlət Neft Fondunun 7 milyard 33.8 milyon dolları isə Mərkəzi Bankındır.
Beləliklə ilin əvvəlindən, Azərbaycanın valyuta ehtiyatları 700 milyon dollar (1,4%) artıb.