Bu ilin yanvar ayında Azərbaycanın valyuta ehtiyatları 1 milyard ABŞ dollarından çox və yaxud təxminən 2% artıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfrasında məlumat verib.
Onun sözlərinə görə, bununla da, ölkənin valyuta ehtiyatları 52 milyard dolları keçib.
©Report