Azərbaycanın valyuta ehtiyatları xarici borcunu 10 dəfə üstələyir.
Bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Bakıda keçirilən SPECA-nın Rəhbər Şurasının 18-ci sessiyasında bildirib.
“Son 20 ildə Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 4 dəfə, büdcə gəlirləri 30 dəfədən çox, xarici ticarət dövriyyəsi isə 10 dəfə artıb. Xarici borcumuzu azaltmağı bacarmışıq və hazırda ÜDM-in 10%-i ətrafındadır. Biz sadəcə enerji sektoru üçün yox, digər sektorlar üçün də əlverişli investisiya mühiti yaratmışıq”, – deyə nazir əlavə edib.