2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanın xaricə alma ixracı 60% artıb

2023-cü ilin yanvar-aprel ayında Azərbaycandan 17 milyon 779 min dollar dəyərində 27 521 ton alma ixrac olunub.

Banker.az xəbər verir ki, bu, Dövlət Gömrük Komitəsinin Xarici Ticarətin Vəziyyəti Haqqında aylıq hesabatında bildirilir.

Qeyd edək ki, 2022-ci ilin eyni dövründə Azərbaycandan 11 milyon 443 min dollar dəyərində 17 224 ton alma ixrac olunmuşdu. Beləliklə, alma ixracı dəyər ifadəsilə 55.4%, miqdar ifadəsilə 60% artıb.

Bir ton almanın orta ixrac qiyməti 2022-ci ilin 4 ayındakı 664 dollardan 2023-cü ilin eyni dövründə 646 dollara düşüb.

Son xəbərlər
Digər xəbərlər