Bu ilin yanvar-avqust aylarında Azərbaycan xaricə nar satışını azaldıb.
Banker.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Komitənin hesabatına əsasən, 2022-ci ilin ilk 8 ayı ərzində Azərbaycan 2 milyon 424 min ABŞ dolları dəyərində 1 541.27 ton nar ixrac edib. Bu göstəricilər ötən ilin ilk 8 ayı ilə müqayisədə müvafiq olaraq 19% və 20% azdır.