18 C
Baku
Sunday, April 28, 2024

Azərbaycanın xaricə pomidor satışından gəlirləri düşüb

2023-cü ilin yanvar-aprel aylarında Azərbaycandan xarici ölkələrə dəyəri 54 milyon 162 min dollar olan 43 338 ton pomidor ixrac edilib.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatında bildirilir.

Ötən ilin 4 ayı ilə müqayisədə pomidor ixracından gələn gəlir 7%, miqdarı isə 10% azalıb.

2022-ci ilin yanvar-aprel ayında Azərbaycandan 58 milyon 217 min dollar dəyərində pomidor ixrac edilib. İxrac edilən məhsulun miqdarı isə 48 068 ton olub.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər