15 C
Baku
Wednesday, April 24, 2024

Azərbaycanın xaricə satdığı çay ucuzlaşıb, aldığı çay isə bahalaşıb

Azərbaycanın xaricə satdığı çayın bir tonu $1 787 ucuzlaşıb, xaricdən aldığı çayın bir tonu isə $802 bahalaşıb.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinin təqdim etdiyi hesabatlara istinadən xəbər verir.

Belə ki, bu ilin yanvar-iyun aylarında Azərbaycan xaricə $6 mln. 263.69 min dəyərində 1 081.75 ton çay satıb. Ötən ilin ilk 6 ayı ilə müqayisədə bu göstəricilər müvafiq olaraq 49% və 95% çoxdur. Ötən ilin ilk 6 ayında ölkə bir ton çayı $7 577-a satırdısa, bu ilin müvafiq dövründə $5 790-a satıb.

Cari ilin 1-ci yarımilində idxal olunmuş 7 146.03 ton çay üçün isə ölkənin xərci $35 mln. 346.18 min olub. Ötən ilin müvafiq dövrünə nisbətən idxal olunan çayın həcmi 6.2% azalsa da, xaricdən alınan çaya sərf olunan valyuta 12% artıb. Belə ki, ötən ilin yanvar-iyun aylarında xaricdən idxal olunan çayın bir tonuna $4 144 sərf olunurdusa, bu ilin analoji dövründə $4 946 sərf olunub.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər