2023-cü ilin ilk 11 ayı ərzində Azərbaycandan 28 milyard 479 milyon dollar dəyərində neft-qaz sektoruna daxil olan mallar ixrac olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15.4% azdır.
Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövründə Azərbaycandan 33 milyard 647 milyon dollarlıq neft-qaz sektoruna daxil olan mallar ixrac edilmişdir.
Yanvar-noyabr aylarında 15 milyard 99 milyon dollarlıq xam neft və xam neft məhsulları, 12 milyard 776 milyon dollarlıq təbii qaz ixrac olunub.
Beləliklə, xam neft və xam neft məhsullarınln ixracından gəlirlər 18%, təbii qaz ixracından gəlirlər isə 14% azalıb.
Neft-qaz sektoruna daxil olan mallar 2023-cü ilin 11 ayının ixracının 90.37%-ni formalaşdırıb.