15 C
Baku
Wednesday, May 1, 2024

Azərbaycanın xaricə xurma satışından gəlir 58% artıb

2024-cü ilin yanvar ayında Azərbaycandan 17 milyon 57 min ABŞ dolları dəyərində 21 065 ton xurma ixrac edilib.

Banker.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, xurma ixracı illik müqayisədə dəyər ifadəsilə 58%, miqdar ifadəsilə 49.2% artıb.

Azərbaycandan 2023-cü ilin ilk ayında 10 milyon 813 min dollar dəyərində 14 115 ton xurma ixrac edilmişdi.

Son xəbərlər
 ⁠
Digər xəbərlər