Azərbaycanın xaricdən buğda alışına xərcləri artıb.
2021-ci ilin ilk 7 ayında Azərbaycan 103 milyon 772 min dollar dəyərində 408 min 826 ton buğda idxal edilib.
Banker.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, idxal olunan buğdanın statistik dəyəri 10.4% artıb, miqdarı isə 6% azalıb.
2020-ci ilin ilk 7 ayında Azərbaycana 94 milyon 38 min dollar dəyərində 434 min 555 ton buğda idxal edilmişdi.