8 C
Baku
Friday, December 13, 2024

Azərbaycanın xaricdən çay alışı 2 dəfəyə yaxın artıb

2023-ci ilin yanvar ayında Azərbaycana 5 mln 946.23 min ABŞ dolları dəyərində 1 mln 110.84 min ton çay idxal olunub ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə müvafiq olaraq 48% ( ötən il 4 mln 005.42 min dollar ) və 32% ( ötən il 844.22 min ton) çoxdur.

Bu barədə Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Hesabat dövründə 613.27 min dollar dəyərində 70.62 min ton çay ixrac edilib ki, bu da 2022-cu ilin analoji ayları ilə müqayisədə müvafiq olaraq 29% ( 267.69 min dollar) və 96% (ötən il 36.07 min ton) çoxdur.

Qeyd edək ki, 2023-cü ilin yanvarında çayın bir tonunun qiyməti 5353 dollar təşkil edib ki, buda ötən ilin eyni dövrü ilə müqayisədə 13% artım (ötən il 4745 dollar) deməkdir.

Son xəbərlər
Digər xəbərlər