7 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanın xarici ticarət əməliyyatlarında $1,8 milyardlıq müsbət saldo yaranıb

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 10 mlrd. 522 mln. 054,35 min ABŞ dolları təşkil edib.

Dövlət Gömrük Komitəsinin (DGK) açıqladığı statistikaya görə, bu, ötən ilin müvafiq dövrünə nisbətən 6,93% azdır.

Bu ilin yeddi ayı ərzində idxal əməliyyatları 4 mlrd. 369 mln. 692,31 min dollar olub ki, bu da 2016-cı ilin 7 ayı ilə müqayisədə 8,17% azdır.

Hesabat dövründə ölkənin ixrac əməliyyatları üzrə 6 mlrd. 152 mln. 362,04 min dollar olub ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 6,03% azalıb.

Nəticədə 1 mlrd. 782 mln. 669,73 min dollar məbləğində müsbət saldo yaranıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər