13 C
Baku
Saturday, May 4, 2024

Azərbaycanın xarici ticarət balansında $6mlrd.-a yaxın qalıq yarandı

2023-cü ilin yanvar-may aylarında Azərbaycanın gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2023-cü ilin yanvar-may aylarında xarici ticarət dövriyyəsi 19 mlrd. 602.3 mln. ABŞ dolları, o cümlədən ixracın dəyəri 12 mlrd. 763.6 mln. dollar, idxalın dəyəri 6 mlrd. 838.7 mln. dollar təşkil edib.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Nəticədə 5 mlrd. 924.9 mln. dollarlıq müsbət ticarət saldosu yaranmışdır.

2023-cü ilin yanvar-may aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 185 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 106 ölkəyə məhsul ixrac olunmuş, 175 ölkədən idxal olunub.

2022-ci ilin yanvar-may ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 8.2 faiz azalmış, real ifadədə isə 2.3 faiz artmışdır. İdxal real ifadədə 11.1 faiz artmış, ixrac isə 0.5 faiz azalmışdır. Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən xarici ticarət dövriyyəsinin 90.8 faizi İtaliya, Türkiyə, Rusiya, Çin, Almaniya, Hindistan, Yunanıstan, İspaniya, İsrail, Çexiya, Gürcüstan, Türkmənistan, Rumıniya, Fransa, İrlandiya, İran, Qazaxıstan, ABŞ, Avstriya, Yaponiya və Koreya ilə aparılmış ticarət əməliyyatlarının payına düşmüşdür.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 19.3 faizi Rusiyanın, 14.7 faizi Çinin, 14.1 faizi Türkiyənin, 6.0 faizi Almaniyanın, 5.2 faizi Türkmənistanın, 3.9 faizi Fransanın, 3.0 faizi İranın, 2.8 faizi ABŞ-ın, 2.6 faizi İtaliyanın, 2.3 faizi Yaponiyanın, 2.2 faizi Koreyanın, 2.1 faizi Qazaxıstanın, 1.9 faizi Belarusun, 1.7 faizi Birləşmiş Krallığın, 1.5 faizi Ukraynanın, 1.3 faizi Hindistanın, 1.1 faizi Braziliyanın, 1.0 faizi Polşanın, hər biri 0.8 faiz olmaqla Vyetnam və Niderlandın, 11.7 faizi isə digər ölkələrin payına düşmüşdür.

Son xəbərlər
 ⁠
Digər xəbərlər