Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 12,1% artaraq 28 276,89 mln. ABŞ dolları təşkil edib.
Hesabat dövründə Azərbaycan xarici ölkələrə 16 821,56 mln. dollar dəyərində məhsullar ixrac edib, idxalın həcmi isə 11 455,33 mln. dollar olub. Nəticədə 5 366,23 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb.
Ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə bu ilin ilk doqquz ayında ixrac 5,3%, idxal 23,8% artıb, müsbət saldo isə 20,1% azalıb.
©APA-Economics