2018-ci ildə Azərbaycan xarici ölkələrlə 30,924 mlrd. ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
Dövlət Gömrük Komitəsinə istinadən, bu, 2017-ci illə müqayisədə 37% çoxdur.
Ötən il ticarət dövriyyəsinin 19,459 mlrd. dolları ixracın, 11,465 mlrd. dolları idxalın payına düşüb. Bir ildə ixrac 41%, idxal isə 31% artıb.
Beləliklə xarici ticarətdə 7,994 mlrd. dollarlıq müsbət saldo yaranıb ki, bu da 2017-ci ilə nisbətən 59% çoxdur.