8 C
Baku
Friday, December 13, 2024

Azərbaycanın xariclə ticarətində $15.7 mlrd.-lıq saldo yarandı

2022-ci ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri
dünyanın 170 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 114 ölkəyə
məhsul ixrac olunmuş, 156 ölkədən idxal olunub.

Bu barədə Banker.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2022-ci ilin yanvar-iyul aylarında ölkənin xarici ticarət dövriyyəsi 30 milyard 653.2 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 23 milyard 159.4 milyon dollarını və ya 75.6 faizini ölkədən ixrac olunmuş məhsulların, 7 milyard 493.8 milyon dollarını (24.4 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 15 milyard 665.6 milyon dollar məbləğində müsbət saldo yaranmışdır.

2021-ci ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 71.7 faiz, real ifadədə isə 7.2 faiz artmışdır. İxrac real ifadədə 12.3 faiz artmış, idxal isə 2.3 faiz azalmışdı.

Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 36.8 faizi İtaliya, 11.2 faizi Türkiyə, 6.2 faizi Rusiya, 3.9 faizi Hindistan, 3.8 faizi Çin, 3.5 faizi İsrail, 3.0 faizi Birləşmiş Krallıq, 2.2 faizi Yunanıstan, 2.0 faizi Almaniya, hər biri 1.7 faiz olmaqla Çexiya və Xorvatiya, hər biri 1.6 faiz olmaqla Gürcüstan, İspaniya və Ukrayna, 1.5 faizi Portuqaliya, hər biri 1.2 faiz olmaqla İsveçrə və Qazaxıstan, hər biri 1.1 faiz olmaqla Tunis və ABŞ, 13.1 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşmüşdür.

 

Son xəbərlər
Digər xəbərlər