5 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanın xariclə ticarətində müsbət $8 mlrd.-lıq saldo yaranıb

2021-ci ilin yanvar-oktyabr aylarında gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2021-ci ilin yanvar-oktyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 26 milyard 654.5 milyon ABŞ dolları təşkil edib.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadla xəbər verir.

Ticarət dövriyyəsinin 17 milyard 320.7 milyon dollarını və ya 65.0 faizini ölkədən ixrac olunmuş məhsulların, 9 milyard 333.8 milyon dollarını (35.0 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 7 milyard 986.9 milyon dollar məbləğində müsbət saldo yaranıb.

2020-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 34.4 faiz artıb, real ifadədə isə 1.8 faiz, o cümlədən idxal 12.3 faiz azalmış, ixrac isə 6.6 faiz artıb.

Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 185 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 115 ölkəyə məhsul ixrac olunmuş, 173 ölkədən idxal olunmuşdur.
2021-ci ilin yanvar-oktyabr aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 42.2 faiz, real ifadədə 31.0 faiz artaraq 2 milyard 053.6 milyon dollar təşkil edib.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 39.6 faizini İtaliyaya, 11.9 faizini Türkiyəyə, 4.5 faizini Xorvatiyaya, 4.1 faizini Rusiyaya, 3.7 faizini İsrailə, 3.3 faizini İspaniyaya, hər biri 3.2 faiz olmaqla Gürcüstan və Portuqaliyaya, 3.0 faizini Hindistana, 2.6 faizini Tunisə, hər biri 2.5 faiz olmaqla Almaniya və Ukraynaya, 2.0 faizini Birləşmiş Krallığa, hər biri 1.4 faiz olmaqla Belarus və İsveçrəyə, hər biri 1.3 faiz olmaqla Kanada və Yunanıstana, 8.5 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.
Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (32.4 faiz), Türkiyəyə (24.8 faiz), İsveçrəyə (9.0 faiz), Gürcüstana (6.4 faiz), ABŞ-a (2.9 faiz), Braziliyaya (2.3 faiz), Ukraynaya (2.1 faiz), Qazaxıstana (1.5 faiz), Çinə (1.4 faiz), İtaliyaya (1.3 faiz), Belçikaya (1.3 faiz), Niderlanda (1.2 faiz), Türkmənistana (1.1 faiz), Özbəkistana (1.0 faiz), Birləşmiş Krallığa (1.0 faiz), İrana (1.0 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 17.7 faizi Rusiya, 15.9 faizi Türkiyə, 14.0 faizi Çin, 5.7 faizi Almaniya, hər biri 3.9 faiz olmaqla ABŞ və Ukrayna, 3.8 faizi İtaliya, 3.3 faizi İran, 2.5 faizi Birləşmiş Krallıq, 2.3 faizi Yaponiya, 1.9 faizi Koreya, 1.6 faizi Fransa, 1.5 faizi Braziliya, 1.2 faizi Hindistan, 1.1 faizi Belarus, 1.0 faizi Vyetnam, 18.7 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

2021-ci ilin yanvar-oktyabr aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 21.4 faiz, kartof – 12.9 faiz, şəkər – 30.5 faiz, meyvə və tərəvəz şirələri – 4.3 faiz, meyvə və tərəvəz konservləri – 24.3 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 0.6 faiz, pambıq lifi – 44.0 faiz, polietilen – 26.8 faiz, pambıq ipliyi – 2.3 dəfə, qara metallardan yarımfabrikatlar – 4.6 dəfə, qara metallardan borular – 10.0 faiz, bentonit gili – 1.0 faiz artmış, təzə tərəvəz ixracı isə 22.5 faiz, bitki yağları – 15.4 faiz, tütün – 13.6 faiz, çay – 19.9 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 11.1 faiz, emal olunmamış alüminium – 26.4 faiz azalıb.

2020-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2021-ci ilin yanvar-oktyabr aylarında xam şəkər idxalı 1.9 dəfə, çay – 4.4 faiz, kartof – 20.8 faiz, təzə tərəvəz – 40.0 faiz, minik avtomobilləri – 1.7 dəfə, hesablama maşınları, blok və qurğuları – 8.4 faiz, yük avtomobilləri – 1.7 dəfə, rezin şinlər – 28.5 faiz, mebellər – 31.6 faiz, paltaryuyan maşınlar – 19.0 faiz, məişət kondisionerləri – 0.4 faiz, avtobuslar – 19.2 faiz, məişət soyuducuları – 44.4 faiz artmış, buğda idxalı 22.0 faiz, bitki yağları – 6.9 faiz, kərə yağı, digər süd yağları və pastaları – 8.9 faiz, quş əti və onun əlavə məhsulları – 0.3 faiz, mal əti – 44.8 faiz, siqaretlər – 32.0 faiz, dərman vasitələri – 10.6 faiz, polad prokatı – 37.6 faiz, qara metallardan borular – 23.8 faiz, qara metallardan çubuqlar – 67.9 faiz, mineral gübrələr – 60.9 faiz, polietilen – 27.7 faiz, qara metallardan künclüklər – 24.1 faiz, sement və sement klinkerləri – 15.1 faiz azalmış, təzə meyvə idxalı isə dəyişməz qalıb.

Son xəbərlər
Digər xəbərlər