16 C
Baku
Wednesday, May 1, 2024

Azərbaycanın xurma ixracı geriləyib – 6 milyon dollardan çox azalma

2023-cü ilin yanvar ayında Azərbaycandan 10 milyon 813 min ABŞ dolları dəyərində 14 115 ton xurma ixrac edilib.

Banker.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, xurma ixracı bu ilin yanvarında 2022-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 6 milyon 320 min dollar və ya 37%, miqdar ifadəsilə 8 726 ton və ya 38% azalıb.

Azərbaycandan ötən ilin yanvarında 17 milyon 133 min dollar dəyərində 22 841 ton xurma ixrac edilmişdir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər