Ötən il Azərbaycan xaricə 147 632.30 ton xurma satıb. Xurma ixracından ölkənin gəliri 113 371.21 min dollar təşkil edib.
Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2022-ci ildə Azərbaycanın ixrac etdiyi mallar içərisində xurma 0.3% yer tutub. Həmçinin, qeyri-neft ixracında 3.72% paya sahib olub.
Ümumilikdə isə, 2022-ci ildə ölkədən xaricə xurma satışında azalma müşahidə olunub. Belə ki, keçn il xurma ixracı illik müqayisədə miqdar ifadəsində 26 525.89 ton və ya 15.2% azalıb. İxrac gəlirlərində də 12 523.82 min dollar və ya 10% azalma olub.