9 C
Baku
Tuesday, December 24, 2024

Azərbaycanın yeraltı qaz anbarları 95% doldurulub

Bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da qışa hazırlıq prosesi davam edir. Bu, bütün infrastruktur sahələrinə, xüsusən də ölkənin qaz sənayesinə aiddir. Burada bir növ təhlükəsizlik yastığı rolunu oynayan yeraltı qaz anbarları xüsusi yer tutur.

Məlumat üçün deyək ki, qaz anbarları qeyri-bərabər (mövsümi, həftəlik, gündəlik) qaz istehlakının kompensasiyası, habelə qaz kəmərlərində qəzalar zamanı qazın ehtiyatı və strateji qaz ehtiyatlarının yaradılması üçün yaradılır və istifadə olunur.

Yeraltı qaz anbarlarının yüksək ehtiyatları və məhsuldarlığı temperaturun kəskin azalmasına və istehlakın artmasına tez reaksiya verməyə imkan verir.

Azərbaycanda iki yeraltı qaz anbarı (YQA) var – Qaradağ və Qalmaz. Hər iki qaz anbarının tutumu 3.34 mlrd. kubmetr təşkil edir ki, bunun 1.89 mlrd. kubmetri Qaradağ, 1.45 mlrd. kubmetri isə Qalmaq YQA-nın payına düşür.

Qeyd edək ki, Qaradağ və Qalmaz YQA-a qazın vurulması 02.04.2022-ci il tarixindən başlanılıb.

Hazırda bu sahədə işlərin hansı yerdə olduğunu öyrənmək üçün SOCAR-a (hər iki YQA şirkətin balansındadır) sorğu ilə müraciət edib.

– Yeraltı qaz anbarlarına qazın vurulması mövsümü bitib? Yoxsa, işlər davam edir?

– Yeraltı Qaz Anbarlarına qazın vurulması mövsümü hələ davam edir.

– Mövsüm ərzində anbarlara hansı həcmdə qaz vurulub?

– Mövsüm ərzində yeraltı qaz anbarlarına təqribən 1.84 mlrd. kubmetr qaz vurulub.

– Mövsüm başlamamışdan əvvəl qaz anbarlarında hansı həcmdə qaz var idi?

– Mövsüm başlanmamışdan əvvəl anbarlarda qalıq aktiv qazın həcmi 1.22 mlrd. kubmetr təşkil edib.

– Hazırda yeraltı anbarlarda qazın həcmi hansı səviyyədədir?

– 25.10.2022-ci ilə YQA-larda aktiv qazın həcmi təqribən 3.06 mlrd. kubmetr miqdarındadır.

– SOCAR-ın balansında olan Qaradağ və Qalmaz yeraltı qaz anbarlarının dolma səviyyəsi neçə faizdir?

– 25.10.2022-ci ilə YQA-ların dolma səviyyəsi 95% civarında təşkil edir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər