15 C
Baku
Saturday, April 27, 2024

Azərbaycanla Avropa İttifaqı arasında məsləhətləşmələr keçiriləcək

Oktyabrın 11-də Azərbaycana Avropa İttifaqının (Aİ) yüksək səviyyəli nümayəndə heyəti gələcək.

Aİ-nin Bakı nümayəndəliyinə istinadən, Avropa Komissiyasının qonşuluq və genişlənmə müzakirələri üzrə baş direktorluğunun regional proqramlar bölməsinin rəhbəri Vasilis Maraqosun başçılığı ilə nümayəndə heyəti Bakıda “Şərq Tərəfdaşlığı” proqramının gələcəyinə dair struktur məsləhətləşmələrində iştirak edəcək.

Aİ-nin Azərbaycandakı nümayəndəliyi ilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçiriləcək tədbirdə rəsmi şəxslər, Milli Məclisin üzvləri, ali təhsil ocaqlarının və vətəndaş cəmiyyətinin nümayəndələri, gənc fəallar, media təmsilçiləri iştirak edəcək.

Sözügedən məsləhətləşmələr Aİ-nin üzv və tərəfdaş ölkələri arasında bu ilin mayında “Şərq Tərəfdaşlığı” proqramının 10-cu ildönümünə həsr olunmuş yüksək səviyyəli konfransında başlamış qeyr-rəsmi fikir mübadilələrinin bir hissəsidir.

Report

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər