12 C
Baku
Thursday, November 14, 2024

Azərbaycanla Ermənistan sərhədlərin delimitasiyası üzrə növbəti görüşün yeri və tarixi barədə razılığa gəlib

Azərbaycanla Ermənistan sərhəddində Şahin Mustafayev və Mqer Qriqoryanın sədrliyi altında delimitasiya məsələləri üzrə fikir mübadiləsi aparılıb, Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırılmasına başlayıb, habelə delimitasiya işlərinin görülməsinin qaydası üzrə müvafiq təlimatların layihələrini müzakirə ediblər.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Tərəflər Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırmasını ən qısa zamanda başa çatdırmaq, komissiyaların növbəti görüşünün keçirilməsinin tarixi və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.

Son xəbərlər
Digər xəbərlər