6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanla IMF arasında məsləhətləşmələr bərpa olunur

Bakıda məsləhətləşmələr üçün IMF-nin Azərbaycandakı missiyasının rəhbəri Natalia Tamirisanın başçılıq etdiyi nümayəndə heyəti gələcək
Beynəlxalq Valyuta Fondu (IMF) Nizamnaməsinin IV maddəsinə dair bu ilin yayında Azərbaycan hökuməti ilə növbəti məsləhətləşmələr keçirməyi nəzərdə tutur.

Bunu IMF-in Bakı ofisinin rəhbəri Ağgün Qədirli bildirib.

O, görüşün dəqiq tarixini daha sonra açıqlayacaqlarını söyləyib.

Ümumiyyətlə, Nizamnamənin İV maddəsinə dair məsləhətləşmələrin son mərhələsi 2017-ci ilin dekabr ayında keçirilmişdi.

Yeni məsləhətləşmələr üçün Bakıya IMF-in Azərbaycandakı missiyasının yeni rəhbəri Natalia Tamirisanın başçılıq etdiyi nümayəndə heyəti gələcək.

Qeyd edək ki, Azərbaycan 1992-ci il sentyabrın 18-dən IMF-ə üzv olub. 1995-2005-ci illər ərzində IMF Azərbaycandakı iqtisadi islahatlar proqramına dəstək çərçivəsində hökumətə cəmi 577,3 milyon dollar məbləğində kredit ayırmışdı. Azərbaycan hökuməti həmin kreditləri tam həcmdə qaytarıb.

IMF-nin maliyyə vəsaitlərinə 2005-ci ildən sonra ehtiyac duymayan Azərbaycan 2006-cı ildən etibarən fondun Nizamnaməsinin İV maddəsinə dair məsləhətləşmələr, makrioiqtisadi siyasətin başlıca istiqamətlərinə dair texniki yardım missiyaları çərçivəsində IMF ilə əməkdaşlıq edir.

Report

Son xəbərlər
Digər xəbərlər