İqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistanın İnvestisiya və xarici ticarət nazirinin birinci müavini Laziz Kudratovla görüşüb.
Banker.az xəbər verir ki, bu barədə nazir öz rəsmi Twitter səhifəsində yazıb.
Nazir qeyd edib ki, görüşdə ölkələrimiz arasında iqtisadi münasibətlərin cari vəziyyəti və perspektivləri, ticarət əlaqələrinin genişləndirilməsi imkanları və ikitərəfli əməkdaşlığın inkişafı barədə müzakirə aparılıb.