25 C
Baku
Sunday, June 16, 2024

Azərbaycanla Qazaxıstan arasında sənədlər imzalanıb – Yenilənib

16:25

Qazaxıstan mediasında Azərbaycanla Qazaxıstan arasında imzalanan sənədlər açıqlanıb.

Məlumata görə, Azərbaycan-Qazaxıstan arasında bu sənədlər imzalanıb:

1. Qazaxıstan Respublikasının İnformasiya və Sosial İnkişaf Nazirliyi ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi arasında Anlaşma və Əməkdaşlıq Memorandumu;

2. Qazaxıstan Respublikasının “Fond Otandastar” Qeyri-Kommersiya Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi arasında Anlaşma Memorandumu;

3. Qazaxıstan Respublikası Milli Elmlər Akademiyası və Azərbaycan Milli Elmlər Akademiyası arasında elmi əməkdaşlığa dair Anlaşma Memorandumu;

4. “Qazaxıstan Respublikası Prezidentinin Teleradiokompleksi” QSC ilə Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) arasında anlaşma və əməkdaşlıq memorandumu;

5. Qazaxıstan Xarici Ticarət Palatası MMC ilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında Anlaşma Memorandumu;

6. Tətbiqi Etnosiyasi Araşdırmalar İnstitutu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi arasında elmi və mədəni əməkdaşlıq haqqında Memorandum.

***

15:34

Aprelin 10-da Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması mərasimi olub.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər