İqtisadiyyat naziri Mikayıl Cabbarov Qazaxıstan Prezidenti Administrasiyası rəhbərinin müavini – Prezidentin Beynəlxalq əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Yerjan Kazıxan ilə görüşüb.
Banker.az bu barədə İqtisadiyyat Nazirliyin istinadən xəbər verir.
Nazirlikdən verilən məlumata görə, Yerjan Kazıxan ölkələrimiz arasında iqtisadi tərəfdaşlığın genişləndirilməsi üçün mövcud potensialdan səmərəli istifadənin əhəmiyyətini qeyd edib.
Görüşdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə daşımaların təşviqi məqsədilə birgə səylərin artırılması, zəruri infrastrukturun inkişaf etdirilməsi və Vahid Yol Xəritəsinin hazırlanması imkanları müzakirə edilib.