21 C
Baku
Tuesday, October 8, 2024

Azərbaycanla qonşu ölkələrdə koronaviruslu xəstələrin artım dinamikası – QRAFİK

Bildiyimiz kimi, ötən ilin dekabr ayından başlayaraq Çindən Avropaya və Amerikaya, eləcə də digər qitələrə koronavirus sürətlə yayılmağa başladı.

Son günlər isə Azərbaycanda koronavirusa yoluxanların sayı artmaqdadır.

Banker.az indi isə hesablama metodologiyasına əsasən Azərbaycanla qonşu olan 5 ölkə üzrə artım tempini müqayisə edir.

Qonşu ölkələrdən qrafikdə aydın görünür ki, sürətlə artım İran və Türkiyədə qeydə alınıb. İranda fevralın 19-dan başlayaraq yayılan koronavirusa yoluxanların sayı ümumilikdə 58,226 nəfərə çatıb. Türkiyədə isə virusa yoluxma sayı 27,069 nəfərdir.

Ermənistan İran və Türkiyədən sonra ən sürətli artım olan qonşu ölkədir. Ermənistandan sonra isə əhalinin sayına görə artım tempi Gürcüstandır.

Sonda isə artım tempinə görə Azərbaycandır. Amma qrafikdən görünür ki, Azərbaycan da Ermənistanın tempinə çatır.

Onu da qeyd edək ki, Azərbaycanda koronavirus infeksiyasına yoluxmuş 641 şəxsdən 44 nəfəri müalicə olunaraq sağalıb, 7 nəfər vəfat edib, 590 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Müxtəlif karantin zonalarına yerləşdirilən 4369 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

890

cedvel

Son xəbərlər
Digər xəbərlər