“Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsi pandemiyadan əvvəlki səviyyəyə çatıb”.
Bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov deyib.
Onun sözlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsi ilin sonuna qədər 3 milyard dollar təşkil edəcək.
Boçarnikov vurğulayıb ki, hazırda Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracı imkanlarının yaxşılaşdırılması böyük əhəmiyyət kəsb edir.