9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanla Türkiyə arasında sosial müdafiə və məşğulluq üzrə əməkdaşlıq haqqında sənədlər imzalanıb

Azərbaycan və Türkiyə arasında sosial müdafiə, əmək və məşğulluq sahəsi üzrə əməkdaşlıq haqqında sənədlər imzalanıb.

Bunu açıqlamasında Türkiyədə işgüzar səfərdə olan Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

Nazir qeyd edib ki, imzalanmış tədbirlər planı 18 istiqamətdən ibarətdir:

“Biz hesab edirik ki, bu proqramın icra edilməsi ölkələrimiz arasında sosial sahələr üzrə əməkdaşlığın güclənməsinə təkan verəcək. Bildiyiniz kimi, Azərbaycan və Türkiyə hər bir sahə üzrə ən yaxın münasibətləri yüksək səviyyədə qurmuş ölkələrdir. Məhz bu mənada sosial, əmək və məşğulluq sahələri üzrə də bu əməkdaşlığı və birliyi daha dərinləşdirmək üçün müvafiq işlər görüləcək”.

Qeyd edək ki, bu gün Türkiyənin İstanbul şəhərində Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyi arasında Birgə Daimi Komissiyanın 10-cu iclası keçirilib.

İclas çərçivəsində əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Türkiyədə səfərdədir. Səfər çərçivəsində iki qardaş ölkə arasında sosial müdafiə sahəsi üzrə əməkdaşlığın inkişafına dair məsələlər müzakirə olunub, razılaşma memorandumu imzalanıb. Razılaşma memorandumu məşğulluq, reabilitasiya və bir sıra sahələr üzrə iki ölkə arasında əlaqələri daha da inkişaf etdirəcək.

 

 

Son xəbərlər
Digər xəbərlər