10 C
Baku
Friday, December 13, 2024

Azərbaycanlı ailə Almaniyadan deportasiya edilib

Almaniyada sığınacaq istəkləri qəbul edilməyən Davudovlar ailəsi Azərbaycana deportasiya edilib.

2015-ci ildə Almaniyaya gedərək bu ölkədən sığınacaq istəyən Davud, Ülviyyə və onların övladları – 11 yaşlı Fatimə və 9 yaşlı Binnət ötən gecə saat 4 radələrində Azərbaycana göndərilmələri üçün hava limanına aparılıb.

Bayroyt İnzibati Məhkəməsinin qərarı ilə deportasiya edilən ailənin Almaniyada işləmələri və inteqrasiya etmələri nəzərə alınmayıb.

Onlar sığınacaq istəklərinin rədd edilməsi ilə bağlı Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəninin (BAMF) qərarından məhkəməyə dəfələrlə şikayət etsələr də, deportasiyadan qoruna bilməyiblər.

©Report

Son xəbərlər
Digər xəbərlər