3 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanlı biznesmendən ermənilərə pul təklifi: Əsgərə 10, zabitə 15 min dollar

Ukrayna Qafqaz Xalqları Konqresinin İdarə Heyətinin sədri Paşa (İlisuyski) Məmmədov Qarabağda yerləşən erməni əsgərlərə səslənib.

Avrasiya.net-də olan xəbərə görə, O, erməni əsgər və zabitlərinə təslim olmaq təklifi edib.

Hər təslim olan əsgərə 10 000, zabitə isə 15 000 dollar pul mükafatı təsis etdiyini deyən Paşa Məmmədov ermənilər “O torpaqlar sizin deyil, heç sizin atalarınızın belə deyil, özgə torpağına təcavüz edərək ölməyə dəyərmi?”

Paşa bəy Azərbaycan təslim olanlara Azərbaycan hökuməti tərəfindəndə can güvənliyi olacağını söyləyib. Bundan başqa Paşa bəy təslim olanın özü ilə gətirdiyi silaha görə və verə biləcəyi məlumatın qiymətliliyinə görə də xüsusi pul mükafatı təsis etdiyini açıqlayıb.

Bütün bunlardan başqa erməni əsgərlərinə müraciət edən Paşa bəy onlara əgər təslim olan zaman erməni ordusunun silahlarını işlənilməz hala gətiribsə və bu haqda əllində təkzibolumaz video, foto, sənəd varsa, o əsgərə böyük məbləğdə ödül söz verib.

“Əsgər və zabitlər, özünüz seçin, ya sizin olmayan torpaqlarda şərəfsiz ölüm, ya da bu ödülü alaraq qayğısız həyat!”- deyə Paşa bəy müraciətində bildirib

Oxu.az

Son xəbərlər
Digər xəbərlər