Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ilk günü qurumun prezidenti və vitse-prezidentlərinin, Büro və Daimi Komitə üzvlərinin seçilməsi ilə başlayıb. Bu barədə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, deputat Naqif Həmzəyev deyib. Onun sözlərinə görə, bu gün komitə iclası zamanı həmkarı Sahibə Qafarovanın təklifi ilə əlillik, çoxluq və diskriminasiya alt komitəsinin büro üzvü və sədr müavini seçilib.
“Namizədliyimi dəstəklədikləri üçün AŞPA Azərbaycan nümayəndə heyətinin sədri Səməd Seyidov və həmkarım Sahibə Qafarovaya dərin təşəkkürümü bildirirəm”,- deyə N.Həmzəyev bildirib.
Azvision.az