14 C
Baku
Monday, May 6, 2024

Azərbaycanlı iş adamı Beynəlxaq Sokrat Mükafatına layiq görüldü

®Beynəlxalq Sokrat Mükafatı (İnternational Socrates Award) Avropanın ən nüfuzlu mükafatlarından biridir. Avropa Biznes Assambleyasının ekspertləri tərəfindən hər il müxtəlif ölkələr üzrə iqtisadiyyatın inkişafına böyük töhfələr verən nüfuzlu təşkilatlar, o cümlədən onlara rəhbərlik edən şəxslər bu mükafatla təltif olunurlar.

Bu il Oksford Univesitetində keçirilən “Liderlər sammiti”ndə dünya inşaat sənayesində ən son texnologiyalar və innovasiyaları tətbiq edən, ilklərə imza atan, mötəbərlik və nüfuzu ilə seçilən, qloballaşaraq Azərbaycan keyfiyyətini dünyaya inamla nümayiş etdirən “Mətanət A” Şirkəti böyük rəğbətlə qarşılandı.

“Mətanət A” Şirkətinin Müşahidə Şurasının sədri, Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının sədri, professor Elxan Bəşirov Böyük Britaniyada fəaliyyət göstərən Beynəlxalq Sokrat Komitəsi tərəfindən İqtisadiyyat və Biznes kateqoriyasında İnnovasiyaların yaradılması və tətbiqi üzrə Beynəlxalq Sokrat Mükafatına (Socrates İnternational Award) layiq görüldü.

Regional və beynəlxalq miqyasda müsbət imicə malik qaliblər nüfuzlu ictimai təşkilatları özündə birləşdirən Beynəlxalq Sokrat Komitəsi tərəfindən peşəkar və ictimai fəaliyyətdəki böyük uğurlara görə mükafatlarla təltif edilirlər. Mükafatın verilməsi ictimai fikrin öyrənilməsi nəticəsində təşkil olunur və bu mükafatla qaliblərin fəaliyyəti beynəlxalq səviyyədə tanınır.

Dünya miqyasında bu nüfuzlu mükafatla daha əvvəllər BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNİDO) baş direktoru Karlos Maqaranyos, Rusiya Dövlət Dumasının sədri Gennadi Seleznyov, Rumıniyanın Baş naziri Adrian Nastase və digər nüfuzlu şəxslər təltif olunmuşdur.

E.B 3 scaled Socrates international awwwards 2 1 scaled London 2019 04 12 1614 London 2019 04 12 1298 London 2019 04 12 0869 London 2019 04 12 0040

London 2019 04 12 0014 1

Son xəbərlər
 ⁠
Digər xəbərlər