“Lukoyl”un rəhbəri Vahid Ələkbərov birjadan kənar bazarda şirkətin 21 min adi səhmini alıb.
Alqı-satqı prosesi sentyabrın 21-də baş tutub. Sazişin məbləği 99,5 milyon rubl (təxminən 2,5 manat) təşkil edib. Bununla da, Ələkbərovun şirkətdəki birbaşa payı 2,488 faizdən 2,491 faizə yüksəlib.