22 C
Baku
Friday, September 20, 2024
Home Biznes Xarici biznes xəbərləri Azərbaycanlı milyarderin oğlu Rusiyada “ən yaxşı” seçildi

Azərbaycanlı milyarderin oğlu Rusiyada “ən yaxşı” seçildi

0
Azərbaycanlı milyarderin oğlu Rusiyada “ən yaxşı” seçildi

Azərbaycan əsilli Araz Ağalarovun oğlu, Azərbaycanın xalq artisti Emin Ağalarov Rusiyada MusicBox-un “Ən yaxşı müğənni” nominasiyasının qalibi olub

Azərbaycanın xalq artisti Emin Ağalarov Rusiyada MusicBox-un “Ən yaxşı müğənni” nominasiyasının qalibi olub.

Emin Ağalarovun bununla bağlı sevincini öz Instagram səhifəsindəki izləyiciləri ilə bölüşüb.

“Music Box-un “Ən yaxşı müğənni” mükafatına mən layiq görülmüşəm. Bu nominasiyada mənə səs verən hər kəsə dərin təşəkkürümü bildirirəm. Belə bir ad almaq artist üçün böyük şərəfdir və sizi daha çox sevindirmək üçün əla stimuldur, dostlar!” — deyə Emin yazıb.

https://www.instagram.com/p/BoXD8-FA-Q4/?utm_source=ig_web_button_share_sheet

MusicBox mükafatı 2013-cü ildən verilir. Ssosial şəbəkələrdə və mükafatın rəsmi saytında keçirilən səsvermə nəticəsində hər bir nominasiya üzrə 6 finalçı müəyyən edilir. Qalib isə bu finalçılar arasından seçilir.

Emin Ağalarov World Music Awards, “Azərbaycandan olan ən yaxşı ifaçı”, “Qızıl qrammafon”, “MUZ-TV Mükafatı” və bir çox digər beynəlxalq mükafatların laureatıdır. Müxtəlif ölkələrdə konsertlərlə çıxış edir. Müğənninin musiqi daxılında doqquz ingilisdilli albom, Warner Music və Sony ATV Music Publishing kimi aparıcı şirkətlərlə müqavilə də var.

Ağalarov həmçinin Qriqori Leps və Sergey Kojevnikovla birlikdə hər il Bakıda keçirilən “Jara” beynəlxalq musiqi festivalının təşkilatçısıdır.