Ford Sellers-in yeni prezidenti və baş direktoru vəzifəsinə əvvəllər şirkətdə icraçı direktor və birinci vitse-prezident işləyən Adil Şirinov təyin edilib.
Şirinov Ford Sollers-in prezidenti vəzifəsində 2015-ci ilin iyulundan şirkətə rəhbərlik edən Mark Ovendeni əvəz edib, bu barədə bu gün Rusiyanın “Vedomosti” qəzeti yazıb.
1964-cü ildə Bakıda dünyaya gəlmiş Şirinovun Rusiya vətəndaşlığı var.
O, Ford Sollers-də şirkətin qurulduğu 2011-ci ildən işləyir.
“Rusiyada Adili yaxşı tanıyır və hörmət edirlər, onun təcrübəsi və nadir ekspertizası Ford Sollers-in mövqeyini möhkəmləndirməsinə və bazar potensialını həyata keçirməsinə kömək edəcək”, deyə Ford Motor Company-nin vistse-prezidenti Stiven Armstronq bildirib.
Ford Sollers-in tərkibinə üç avtomobil zavodu: biri Leninqrad vilayətində (Focus və Mondeo buraxır), ikisi isə Tatarıstanda (Kuga, Explorer və Transit, Fiesta və Ecosport buraxır). Həmçinin, Tatarıstanda mühərrik zavodu var.
Ford Sollers layihələrinə ümumi investisiyalar 1,5 mlrd. dollar olaraq qiymətləndirilir.
Adil Şirinov Sollers şirkətinə gəlişindən əvvəl “RusPromAvto” ASC-də alış üzrə direktor işləyirdi. 1999-cu ildən 2002-ci ilə qədər Ford Motor Company şirkətində işləyib.
1993-1998-ci illərdə o, OTİS Elevators-un Rusiyadakı nümayəndəsi olub.