12 C
Baku
Saturday, May 18, 2024

Azərbaycanlılar 9 ayda bu ölkədə 1 000-dən mənzil alıblar

2021-ci ilin sentyabr ayında Azərbaycan vətəndaşları Türkiyədə 162 mənzil alıb.

Banker.az Türkiyənin Statistika İdarəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21 mənzil və yaxud 11.5% artıb.

Bu ilin yanvar-sentyabr aylarında isə azərbaycanlılar Türkiyədə 1 020 mənzil alıb. Bu isə 1 il əvvələ nisbətən 137 mənzil və yaxud 15.5% çoxdur.

Ümumilikdə sentyabrda xarici vətəndaşlar Türkiyədə 4 479 mənzil alıb ki, bu da illik müqayisədə 1 357 mənzil və yaxud 25.4% çoxdur.

Bu rəqəm yanvar-sentyabrda isə 37 948 mənzil təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 11 482 mənzil və yaxud 43.4% çoxdur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər