-1 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanlılar şengen vizasını daha rahat alacaqlar

Aİ ilə Azərbaycan arasında imzalanan viza sadələşdirməsi və readmissiya sazişləri bu yay qüvvəyə minəcək”. Verilən məlumata görə, bu barədə Avropa İttifaqının Azərbaycandakı səfiri Malena Mard bildirib. O, Azərbaycan üzrə Avropa Qonsulluq Siyasətinin Tərəqqi Hesabatının təqdimatında qeyd edib ki, dünən Avropa Birliyində Şengen vizasının verilməsi prosedurunun asanlaşdırılması ilə bağlı təklif irəli sürülüb. Səfir Aİ üçün Avropa Qonşuluq Siyasətinin böyük əhəmiyyət kəsb etdiyini qeyd edib. Dağlıq Qarabağ münaqişəsinə də toxunan M.Mard bildirib ki, təəssüf ki, münaqişəsinin həlli istiqamətində tərəqqi əldə edilməyib.

Malena Mard həmçinin AB ilə Azərbaycan arasında əlaqələrin inkişafı ilə bağlı dialoqu bir istiqamətdə aparmağın mümkün olmadığını deyib. Onun sözlərinə görə, 2014-2020-ci illər üçün AB ilə Azərbaycan arasındakı əlaqələrin əsas prioritet inkişaf istiqamətləri müəyyən edilib. Səfir bildirib ki, buraya qanunvericilik, təhsil, habelə bölgələrin və kəndlərin inkişafıdır.

Səfir eyni zamanda qeyd edib ki, hesabatda korrupsiyaya qarşı mübarizəyə dair milli proqramın icrası təklif olunur. M.Mardın sözlərinə görə, “ASAN Xidmət”in uğurlu fəaliyyəti də nəzərə alınır. O qeyd edib ki, Aİ-nin “ASAN xidmət”in işində az da olsa payı var.

Həmçinin Avropa Qonşuluq Siyasəti çərçivəsində Azərbaycanın 2013-cü ildə irəliləyişi haqqında hesabatda Azərbaycan iqtisadiyyatının gələcəkdə şaxələndirilməsinə yönəldilmiş tədbirlərin davam etdirilməsi, Ümumdünya Ticarət Təşkilatına daxil olmaq və Rəqabət Məcəlləsinin qəbul edilməsinin vacibliyi qeyd olunur.

ANSPRESS

Son xəbərlər
Digər xəbərlər

1 comment

Comments are closed.