7 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanlıya Beynəlxalq Valyuta Fondunda yüksək vəzifə verildi

Beynəlxalq Valyuta Fondunun (BVF) sədrinə baş müşavir təyin edilib.

Həmyerlimiz Samir Süleymanov sədrin baş müşaviri vəzifəsinə təyinat alıb.

O, bu vəzifəyə qədər Dünya Bankında uzun müddət fəaliyyət göstərib.

BVF və Dünya Bankı qlobal maliyyə arxitekturası və beynəlxalq iqtisadi əməkdaşlıq sahələrində mühüm rol oynayır.

Bu çərçivədə BVF makroiqtisadi və maliyyə sabitliyi məsələləri, Dünya Bankı isə uzunmüddətli iqtisadi inkişaf və yoxsulluğa qarşı mübarizə məsələləri üzrə ixtisaslaşır. Pandemiyadan qaynaqlanan dərin iqtisadi tənəzzül, qarşıda duran çətin və uzunmüddətli bərpa prosesi BVF-nin yenidən qlobal müzakirələrin yer alması ilə nəticələnib.

Eyni zamanda, böhran və sonrakı bərpa prosesi BVF-nin hər zaman dəstəklədiyi daha ədalətli, cəmiyyətin bütün təbəqələrinə xidmət edən və ekoloji baxımdan dayanıqlı iqtisadiyyata keçid prosesi üçün fürsət təqdim edib.

Xatırladaq ki, Samir Süleymanov 2016-cı ildə “Gələcəyə Baxış: Dünya Bankı Qrupu 2030” strategiyasının hazırlanmasına başçılıq edib.

Bu beynəlxalq təşkilatlar arasında irəli sürülmüş ilk analoji uzumüddətli strateji layihədir. Bu layihənin konsepsiyası Dünya Bankı Qrupu üçün tarixi kapital artımının əsaslarını qoyub.

O, 2018-ci ildə baş icraçı direktorun ofisində çalışarkən digər beynəlxalq təşkilatların maliyyə çətinlikləri ilə üzləşdiyi bir dövrdə Dünya Bankı kapitalinin iki qat artması ilə nəticələnən Kapital Artımı Paketinin hazırlanmasına rəhbərlik edib.

Dünya Bankı Strateji Təşəbbüslər idarəsinin rəhbəri vəzifəsində olarkən təşkilat daxili dəyişik və davamlı islahatlar proseslərinə nəzarət edib. O, Böyük İyirmilik və Böyük Yeddilik ölkələri çərçivəsində bir sıra təşkilati layihələrin idarə olunması, qadınlar arasında sahibkarlığının inkişafl üzrə dünyadakı ən iri təsisatın fəaliyyətinə Dünya Bankı tərəfindən nəzarəti
həyata keçirib.

Onun Dünya Bankında daha öncəki fəaliyyətinə dairəsinə 2008-2009 qlobal maliyyə böhranından sonra “Böhrandan sonrakı mərhələdə Dünya Bankının prioritetləri” layihəsi, 2010-cu il Bankın Direktorlar Şurasında idarəetmə islahatları, Bankın Prezidentinin seçilməsi, eləcə də, Bankın Prezidentinin və Direktorlar Şurasının qiymətləndirilməsi kimi prosesləri idarə etmək daxildir.

Peşəkar fəaliyyətinin ilkin illərində, Samir Süleymanov ölkələrlə əməkdaşlıq və müxtəlif regionlarda infrastruktur, mikro maliyyə və emissiyaların ticarəti sahələri üzrə investisiya layihələrini idarə edib.

O, həmçinin, yuxarı orta gəlirli ölkələrin dəyişən ehtiyaclarına Dünya Bankı tərəfindən müvafiq dəstəyin verilməsi məqsədilə bir sıra maliyyə və bilik əsaslı instrumentlərin yaradılması işində iştirak edib.

Bu instrumentlərə ödənişli məsləhət xidmətləri, bələdiyyə maliyyələşməsi və özəl investisiya bankları və fondları ilə birgə müsbət təsirli sərmayələr üzrə əməkdaşlıq daxildir.

Bu təyinatla Samir Süleymanov hər iki qabaqcıl beynəlxalq maliyyə təşkilatlarında gənc yaşlarda straeji məsuliyyətli vəzifə tutmuş nadir şəxsə çevrilir.

Təyinat həm də ona görə əlamətdardır ki, bu qlobal iqtisadi böhranın aradan qaldırılması və dayanıqlı və cəmiyyətin bütün təbəqələrini əhatə edən iqtisadi artımın bərpa edilməsi üzrə qlobal ictimaiyyətin BVF-dən olan gözləntilərinin kəskin artdığı bir dövrdə baş verib.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər