“Azərelektroterm” ASC səhmdarlarının illik ümumi yığıncağı pandemiya şəraitinə görə mövcud məhdudiyyətlərlə əlaqədar olaraq qiyabi keçiriləcəkdir.
Gündəlikdəki məsələlərlə əlaqədar münasibəti dəqiq və şərtsiz bildirməklə yazılı sənəd (səsvermə bülleteni) vasitəsilə səhmdarların imzaları notarial qaydada təsdiq olunmaqla səsvermədə qiyabi iştirak etmək olar. Yazılı sənəd 2021-ci il avqustun 9-dan 13 -dək təqdim edilməlidir.
Yığıncağın gündəliyi:
1. “Azərelektroterm” ASC-nin nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi.
2. “Azərelektroterm” ASC-nin illik hesabatları və maliyyə hesabatlarının təsdiq olunması.
3. “Azərelektroterm” ASC-nin baş direktorunun seçilməsi.
4. “Azərelektroterm” ASC-nin direktorlar şurasının üzvlərinin və sədrinin seçilməsi.
Qiyabi keçirilən ümumi yığıncağın gündəliyinin materiallarını və əlavə məlumatları “Azərelektroterm” ASC-nin Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi (keçmiş 1222-ci küçə) 12 nömrəli ünvandan əldə etmək olar.
Əlaqə telefonları- (012) 566-10-67, 050 -287- 02- 20.
Səhmdarlar dəqiq və şərtsiz münasibətlərini (səslərini) əks etdirən yazılı sənədə şəxsiyyətlərini təsdiqləyən sənədin surətini əlavə etməlidirlər.