9 C
Baku
Friday, December 13, 2024

”AzərEnerji” və BP Səngəçal terminalının elektrikləşdirilməsi üzrə memorandum imzalayıb

“AzərEnerji” ASC və BP şirkəti Səngəçal terminalının operatoru kimi bu gün Qarşılıqlı Anlaşma Memorandumu (QAM) imzaladılar.

“AzərEnerji”dən verilən məlumata görə, yeni imzalanmış sənədə əsasən hər iki tərəf “Səngəçal terminalının elektrikləşdirilməsi layihəsi” (STEL) üzrə ümumi iş həcminin müəyyənləşdirilməsi və bu həcmin “AzərEnerji” ilə Səngəçal terminalının operatoru arasında bölüşdürülməsi istiqamətində əməkdaşlıq edəcək.

Tərəflər həmçinin iş həcmini dəqiqləşdirmək üçün layihənin müfəssəl texniki dizaynı və kommersiya çərçivəsinin razılaşdırılması yönümündə də birgə işləyəcəklər. Bu məsələlər layihənin kommersiya səmərəliliyinin müəyyənləşdirilməsinin əsas elementini təşkil edir.

STEL layihəsi uğurla həyata keçərsə, dünya səviyyəli obyekt olan Səngəçal terminalını enerji ilə təmin etmək üçün istifadə olunan yanacaq qazının yandırılması dayandırılacaq və terminal Azərbaycan dövlət enerjisistemindən enerji ilə təchiz olunacaq. Daha dəqiqi “Səngəçal terminalının elektrikləşdirilməsi layihəsi” (STEL) adlanan bu layihə həyata keçirildikdən sonra, dünya səviyyəli obyekt olan Səngəçal terminalının elektrik enerjisi təchizatı bp şirkəti tərəfindən Cəbrayıl rayonu ərazisində tikiləcək 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyasında istehsal olunan elektrik enerjisinin Azərbaycan dövlət enerjisistemi əraziyə ötürülməsilə vasitəsilə təchiz olunacaq. “Şəfəq” Günəş Elektrik Stansiyasında istehsal olunan enerji Səngəçal Terminalının təchizatı üçün çatışmadıqda terminalın elektrik enerji təchizatı “Azərenerji” ASC tərəfindən təmin olunacaqdır.

Enerjisistemdən verilən elektrik enerjisi daha az karbon sərfiyyatlı olduğu üçün terminaldakı neft-qaz əməliyyatlarından yaranan istixana qazı emissiyaları elektrikləşdirilmə nəticəsində azalacaq ki, bu da Xəzər regionunda emissiyaların azaldılmasına və ümumiyyətlə ölkənin yaşıl enerji keçidinə töhfə verəcək.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər