15 C
Baku
Saturday, April 20, 2024

“Azərenerji”yə 81 mln. manat ayrılacaq

“Azərenerji” ASC-yə dövlət büdcəsindən 81,4 mln. manat vəsait ayrılacaq və şirkətin nizamnamə kapitalı artırılacaq.

Bu barədə 2018-ci ilin dəqiqləşdirilmiş büdcə layihəsinə deyilir.

Məlumata görə, həmin vəsait “Azərenerji”nin Finlandiyanın “Wartsila” şirkəti qarşısında yaranmış öhdəliyinə görə qalıq borcunun ödənilməsi üçün ayrılır.

Qeyd edək ki, “Wartsila” “Səngəçal” modul tipli elektrik stansiyası yaxınlığındakı sahədə tikintisi nəzərdə tutulan 385 meqavatlıq istilik elektrik stansiyası üçün avadanlıqların satın alınmasını həyata keçirib və bununla bağlı texniki dəstək göstərib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər