Araşdırmalara görə, pandemiya səbəbi ilə qlobal miqyasda bütün sektorlar üzrə rəqəmsallaşma templəri 7 il qabaqlanıb.
Bunu “Azəricard” prossesinq mərkəzinin nümayəndəsi Fərid Quliyev deyib.
Onun sözlərinə görə, bu gün biz bütün sektorlar üzrə rəqəmsallaşma üzrə dünya əhalisi olaraq 2028-ci ildə yaşayırıq.
“Bu, bir tərəfdən bizim üçün maraqlıdır, çünki həyatımızı asanlaşdırır. Digər tərəfdən də nağdsız ödəniş alətlərini genişləndirir”, – deyə F.Quliyev bildirib.