3 C
Baku
Saturday, December 14, 2024

“Azəriqaz”: “Təbii qaz qəbulu 321 milyon kubmetr artıb”

Bu ilin yanvar-aprel ayları ərzində “Azəriqaz” İstehsalat Birliyi 3 milyard 817 milyon kubmetr təbii qaz qəbul edib.

Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bu gün media və QHT nümayəndələri üçün keçirilən “Açıq qapı” aksiyası zamanı bildirib.

Onun sözlərinə görə, bu ilin 4 ayı ərzində qəbul edilən təbii qazın 891 milyon kubmetri sənaye xətləri, 2 miilyard 926 milyon kubmetri əhali xərtləri üzrə olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə qaz qəbulunda 321 milyon kubmetr artım olub.

Bu ilin aprel ayında isə “Azəriqaz” İstehsalat Birliyi 540 milyon kubmetr təbii qaz qəbul edib. Təkcə aprel ayı üzrə 185 milyon kubmetr təbii qaz sənaye xətləri üzrə, 355 milyon kubmetr isə əhali xətləri üzrə qəbul edilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər