8 C
Baku
Monday, November 18, 2024

“Azəriqaz” yerli istehsal olan qaz sayğaclarından istifadə edəcək

SOCAR “Azəriqaz” İstehsalat Birliyi ilə “Gəncə Cihazqayırma Zavodu” ASC arasında müqavilə imzalanıb.

İmzalanma “Azəriqaz” İB-nin keçirdiyi “Açıq qapı” aksiyası çərçivəsində baş tutub.

Sənəd “Azəriqaz”ın baş direktoru Ruslan Əliyev və ASC-nin icraçı direktoru Ayət Bağırov tərəfindən imzalanıb.

Müqavilə “Azəriqaz”ın “Gəncə Cihazqayırma Zavodu” tərəfindən yerli istehsal olan qaz sayğacları ilə təmin edilməsini nəzərdə tutur.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər