28 C
Baku
Wednesday, June 25, 2025

“Azəriqaz”da yeni təyinat

“Azəriqaz” İstehsalat Birliyinin rəhbərlik heyətində kadr dəyişikliyi baş verib.

Banker.az xəbər verir ki, Təbriz Əmmayev “Azəriqaz”da Strateji və davamlı inkişaf üzrə baş inzibatçı təyin edilib.

Təbriz Əmmayev bu təyinata qədər SOCAR-ın Strateji İdarəetmə və İnnovasiyalar Departamentində rəhbər müavini kimi fəaliyyət göstərib. Bundan əvvəl isə o, Dövlət Bərpa Olunan Enerji Mənbələri Agentliyində direktor vəzifəsində çalışıb.

O, bakalavr təhsilini Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (mühəndis iqtisadiyyatı və idarəetmə ixtisası üzrə), magistr təhsilini isə Böyük Britaniyanın Bristol Universitetində fərqlənmə diplomu ilə tamamlayıb. Hazırda isə IE Business School-da Qlobal İcraçı MBA proqramı üzrə təhsil alır.

Son xəbərlər
Digər xəbərlər