Azərbaycan Metrologiya İnstitutu və “Azəriqaz” İstehsalat Birliyi arasında müqavilə imzalanıb. Bu müqaviləyə əsasən 2024-cü ilin yanvarın 1-dən “Azəriqaz” İB-nin “Sayğacların müayinəsi laboratoriyası”nın idarə edilməsi AzMİ tərəfindən həyata keçirilir.
Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli ilin yekunlarına dair hesabat tədbirində çıxışı zamanı deyib.