26 C
Baku
Sunday, April 28, 2024

“Azəriqaz”ın “Sayğacların müayinəsi laboratoriyası” Metrologiya İnstitutuna verilib

Azərbaycan Metrologiya İnstitutu və “Azəriqaz” İstehsalat Birliyi arasında müqavilə imzalanıb. Bu müqaviləyə əsasən 2024-cü ilin yanvarın 1-dən “Azəriqaz” İB-nin “Sayğacların müayinəsi laboratoriyası”nın idarə edilməsi AzMİ tərəfindən həyata keçirilir.

Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli ilin yekunlarına dair hesabat tədbirində çıxışı zamanı deyib.

 

Sədr bildirib ki, müqavilənin bağlanmasında əsas məqsəd sayğacların müayinəsinin həyat keçirildiyi laboratoriyanın təchizatçı müəssisənin nəzarətindən çıxarılaraq bu prosesin müstəqil tərəfə ötürülməsindən ibarətdir.
MənbəAPA
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər