2 C
Baku
Saturday, December 14, 2024

“Azərişıq” AMEA-nın işıqlarını 23 min manat borca görə kəsib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yasamal rayonunda yerləşən əsas binasına elektrik enerjisinin verilişi dayandırılıb.

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, buna səbəb qurumun elektrik enerjisinə görə 22 965 manat borcunun olmasıdır.

O qeyd edib ki, Akademiya artıq borcunu tam şəkildə ödəyib və elektrik enerjisi bərpa olunub. (Report)

Son xəbərlər
Digər xəbərlər